Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Dünya / Türkiyə ordusu 7 il ərzində 35 mindən çox terrorçu zərərsizləşdirib

Türkiyə ordusu 7 il ərzində 35 mindən çox terrorçu zərərsizləşdirib

Türkiyə ordusu sərhədlərin qorunması üçün lazım olan müdaxiləni vaxtında atır.

APA xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib. Nazir bildirib ki, 24 iyul 2015-ci il tarixindən etibarən 35 min 656 terrorçu zərərsizləşdirilib.

Şəhid və qazilərin və onların ailələrinin Türkiyə Cümhuriyyəti üçün çox dəyərli olduğunu bildirən nazir sərhədlərin toxunulmazlığında onların ən böyük paya sahib olduğunu bildirib.

“Biz onların xatirələrini heç vaxt unutmamışıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”,- deyə Hulusi Akar bildirib.

Həmçinin oxuyun

“Putin nə düşünübsə, onu da edəcək” – Ərdoğan

Onun sözlərinə görə, Ukraynanın bəzi vilayətlərində Rusiyaya daxil olmaqla bağlı “referendum”ların keçirilməsi və Rusiyanın qismən …