Cümə , Oktyabr 23 2020
Ana səhifə / Dünya / Türkiyə ordusu 1028 terrorçunu məhv edib
Turkish forces and Free Syrian Army members are seen on Mount Barsaya, northeast of Afrin, Syria January 28, 2018. REUTERS/ Khalil Ashawi

Türkiyə ordusu 1028 terrorçunu məhv edib

Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında öldürülən terrorçuların sayı açıqlanıb.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu günədək 1028 terrorçu məhv edilib. İŞİD, PKK , PYD, YPG qruplaşmalarına məxsus silah anbarları və sığınacaqlara Türkiyə ordusu tərəfindən aviazərbələr endirilib.

Türkiyənin Baş Qərargahı əməliyyatların uğurla davam etdirildiyini bəyan edib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Həmçinin oxuyun

“Qarabağ məsələsi Azərbaycan sərhədləri çərçivəsində həll edilməlidir” – ABŞ-ın NATO-dakı səfiri

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu …