Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Dünya / Türkiyə Müdafiə Sənayesi İdarəsinin direktorundan AÇIQLAMA: – “PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir”

Türkiyə Müdafiə Sənayesi İdarəsinin direktorundan AÇIQLAMA: – “PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir”

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Türkiyədə səfərdə olan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İ. Dəmir “Twitter”də paylaşım edib.

“İki qardaş ölkənin bird aha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik. Müdafiə sənayemiz PUA-lardan silah-sursata və raketlərə, elektronik hərbi sistemlərinə qədər bütün təcrübə, texnologiya və qabiliyyətləri ilə hər zaman Azərbaycanın əmrindədir. Azərbaycan Ordusuna yeni sistemlər qazandırmaqla bərabər, mövcud sistemlərin modernləşdirilməsi, təmir və təlim fəaliyyətləri ilə əlaqədar birlikdə çalışacağıq. Bir millət, iki dövlət!”, – deyə görüş zamanı Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru bildirib.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …