Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Dünya / Türkiyə “Kanal İstanbul” layihəsinin icrası üçün tender elan edəcək

Türkiyə “Kanal İstanbul” layihəsinin icrası üçün tender elan edəcək

“Önümüzdəki həftələrdə tender elan edib başlayacağıq. Biz “Kanal İstanbul” deyirik, ana müxalifətin lideri isə edə bilməyəcəksiniz deyir. Sən nə edirsənsə et, amma biz bunu gerçəkləşdirəcəyik”.
Belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, müxalifətin hər yola əl atmalarına baxmayaraq, bunun qarşısını ala bilmədiklərini və bundan sonra da mane ola bilməyəcəklərini ifadə edib.
Ərdoğan deyib ki, Panama, Süveyş kanalı kimi Türkiyə də dəniz ticarəti üçün İstanbul kanalını tikəcək və bunun nəticəsində boğazlar gəmilər və tankerlərin qəzaya uğraması nətəcəsində ekoloji fəlakətlə üzləşməyəcək. 
O, Türkiyənin ixracatını 500 milyard dollara çatdırmaqda da qərarlı olduğunu vurğulayıb. Qeyd edək ki, Bosfor boğazı ilə paralel olaraq Mərmərə və Qara dənizlərini birləşdirəcək və uzunluğu 50 kilometr olacaq “Kanal İstanbul” layihəsi uzun illərdir ki, mübahisələrə səbəb olub. Bəzi mütəxəssislər bunun Türkiyə üçün fəlakət ola biləcəyini və Montrö sazişini təhlükəyə atacağını hesab edirlər. Kanalın dərinliyinin 25, eninin isə 150 metr olacağı gözlənilir. Qaynarinfo 

Həmçinin oxuyun

Pakistan Fransaya nota verdi

Pakistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib. Azinforum.az …