Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Dünya / Türkiyə İstanbul konvensiyasından geri çəkildi

Türkiyə İstanbul konvensiyasından geri çəkildi

İstanbul Konvensiyasını imzalayan ilk ölkə olan Türkiyə bu gecə prezident fərmanı ilə anlaşmadan çəkilib.

 “Qadına şiddət, ailədaxili şiddətin qarşısının alınması və bunlara qarşı mübarizə” Avropa Şurasının sözləşməsindən Türkiyə Prezidenti geri çəkilib.

Türkiyə Prezidentinin bu qərarı birmənalı qarşılanmayıb. Vətəndaşlar sosial şəbəkələrdə bu qərara etiraz edib və bunun qadın ölümlərini daha da artıracağını bildiriblər.

Qeyd edək ki, bu konvensiya Avropa Şurasının 11 may 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş toplantısında qəbul edilib. “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” adlı konvensiya 1 avqust 2014-cü ildə isə qüvvəyə minib. Avropa Şurasına üzv olan 47 ölkədən 34-ü Konvensiyanı ratifikasiya edib, Rusiya, Türkiyə və Azərbaycan konvensiyaya qoşulmayıb. 

Həmçinin oxuyun

İrəvanda 50-dən çox kriminal avtoritet saxlanıldı

Ermənistanın paytaxtı İrəvanda kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçirilib. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, …