Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Dünya / “Türkiyə heç kimdən icazə almamalıdır” – Ərdoğan

“Türkiyə heç kimdən icazə almamalıdır” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Zeytun budağı” əməliyyatı barədə məlumatları açıqlayıb.

“ Azinforum.az ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” səhifəsində yazıb.

“Bu əməliyyatda əsas məqsədimiz milli təhlükəsizliyimizlə bərabər, Suriya xalqının təhlükəsizliyini təmin etmək və ərazi bütövlüyünün qorunmasına kömək etməkdir. İdlib və Afrində sülh və təhlükəsizlik bərpa edildikdən sonra, yüz minlərlə suriyalı qardaşlarımız öz evlərində rahat yaşaya biləcəklər. Region və Türkiyə üçün terror təhdidi aradan qaldırılmayanadək, insanların sülh içində yaşamaları üçün şərait yaradılanadək əməliyyatlarımız davam edəcək. Və Türkiyə bununla bağlı heç kimdən icazə almamalıdır”,-deyə Türkiyə dövlət başçısı vurğulayıb.

Həmçinin oxuyun

Koçaryan erkən seçkilərdə iştirak edəcək

Ermənistanın ikinci prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib. Bu barədə Koçaryan yerli …