Ana səhifə / Dünya / Türkiyə: “Çeçen müxalifətçilər deportasiya edilmir”

Türkiyə: “Çeçen müxalifətçilər deportasiya edilmir”

Türkiyə çeçen müxalifətçilərin qohumları, o cümlədən Cövhər Dudayevin (İçkeriya Respublikasının ilk prezidenti) qardaşı oğlu, 18 yaşlı Mənsur Dudayevin deportasiya edilməsi ilə bağlı xəbərləri təkzib edib.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi təkzib mesajı yayıb.

“Elektron mediada spekulyasiya yaradan fotoşəkillərin heç biri Türkiyədəki deportasiya mərkəzlərində çəkilməyib”, – mesajda deyilir.

Xatırladaq ki, İnsan Haqları Assosiasiyasının 13 fevral tarixli bəyanatına istinadən, Türkiyənin bir sıra KİV-i “Çeçen qaçqınların deportasiyası planları”, onların İstanbuldakı deportasiya mərkəzində saxlanılması ilə bağlı xəbərlər yaymışdı.

Həmçinin oxuyun

ABŞ Nümayəndələr Palatası Ukraynaya hərbi yardımı təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Dondurulmuş Rusiya aktivlərinin …