Bazar , Oktyabr 25 2020
Ana səhifə / Dünya / Türkiyə baş naziri: Suriyada terrorçular Rusiya və ABŞ silahlarından istifadə edirlər

Türkiyə baş naziri: Suriyada terrorçular Rusiya və ABŞ silahlarından istifadə edirlər

“Ankara Suriyada müharibə aparmır, söhbət terrorçuluqla mübarizədən gedir”.

APA-nın məlumatına görə, bunu Münhen Təhlükəsizlik Konfransında çıxış edən Türkiyə baş naziri Binəli Yıldırım bəyan edib.

“Suriyada müharibə yoxdur. Bu, terrorçuluqla mübarizədir. Bu mübarizədə Türkiyə ilə yanaşı koalisiya tərkibində 62 ölkə, habelə Rusiya və İran iştirak edir”, – deyə o vurğulayıb.

B. Yıldırım onu da qeyd edib ki, Suriya və İraqda bir terror təşkilatı zərərsizləşdirilsə də, hazırda terrorçular yeni ad altında birləşiblər. Onun sözlərinə görə, terrorçular qanunsuz yolla, o cümlədən internet vasitəsi ilə əldə etdikləri Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər.

Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …