Cümə axşamı , May 26 2022
Ana səhifə / Dünya / Türkiyə anti-Rusiya sanksiyalarına qoşulur?

Türkiyə anti-Rusiya sanksiyalarına qoşulur?

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ankaranın Suriyaya gedən Rusiya hərbi və mülki təyyarələri üçün səmalarını bağlaması qərarını elan etməsindən sonra bu mövzuda ciddi müzakirələr başlayıb. Çavuşoğlu bildirib ki, bu qərar Türkiyənin Qərbin anti-Rusiya sanksiyalarına qoşulması demək deyil.

Onun sözlərinə görə, əvvəllər belə uçuşlar üçün icazələr üç aydan bir verilirdi və hər dəfə yenilənirdi. Xarici işlər naziri onu da əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə uçuş icazəsinin apreldə başa çatdığı haqda məlumatlandırıb. Məlumdur ki, Türkiyə Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb. Ölkələrarası üçuşlarda da heç bir yasaq yoxdur. Əksinə, Türkiyə yay mövsümü ilə bağlı Rusiya ilə təyyarə uçuşlarının sayını artırmağa qərar verib. O səbəbdən Türkiyənin hava səmasını Suriyaya üçün Rusiya təyyarələri üçün bağlaması suallar doğurub.

Türkiyəyə qarşı həmişə qərəzli mövqeyi ilə seçilən politoloq, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin problemləri üzrə ekspert Semyon Baqdasarov Ankaranın qərarını “mk.ru” saytına “izah edib”. Onun sözlərinə görə, “görünür, amerikalılar türklərə nəsə söz veriblər və Türkiyə öz maraqları çərçivəsində hərəkət edir”: “Biz Türkiyənin NATO üzvü olduğunu heç vaxt unutmamalıyıq. Bundan əlavə, Türkiyə Rusiyadan daha çox ABŞ iqtisadiyyatından asılıdır. Amerikalılar bunu manipulyasiya etməkdə çox bacarıqlıdırlar. Bundan əlavə, Türkiyə hakimiyyətinin qərarının Suriyanın şimalında hərbi əməliyyatların başlanması ehtimalı ilə bağlı olduğunu istisna etmirəm. Bizim üçün uçuş qadağası Xmeymim və Tartusdakı bazalarımıza təcili hərbi yüklərin çatdırılmasında çətinlik yaranacağı demək olacaq. Yəni indi hava yolu ilə ora nəyisə aparmaq bizim üçün çox çətin olacaq. Allaha şükürlər olsun ki, boğazları hələ bağlamayıblar. Amma hansısa yolla onları bağlamağa çalışsalar, təəccüblənmərəm. Bu, bir NATO ölkəsindən gözlənilən idi”. Baqdasarov deyib ki, 2015-ci ilin oktyabrında Rusiya Suriyada əməliyyata başlayanda da Ankara eyni addımı atıb.

Hərbi ekspert, istefada olan polkovnik Viktor Baranets isə hesab edir ki, fövqəladə heç nə baş verməyib və Rusiya təyyarələri Suriyaya getmək üçün başqa yol tapacaq: “Biz Türkiyədən uçmayacağıq, İrandan keçəcəyik. Xəzərdən keçəcəyik…” O, əlavə edib ki, türklər Ukraynaya “Bayraktar”ları deyil, döyüş sursatı verərsə, Rusiya adekvat cavab tədbirləri görə bilər. Məsələn, “Türkiyənin rəqiblərinə(PKK və digər terror təşkilatlarını nəzərdə tutur-red) “bir-iki vaqon” mərmi vermək olardı ki, bu da Ərdoğanı düşündürərdi.

Onun sözlərinə görə, Rusiyanın Türkiyəyə təzyiq göstərmək üçün müəyyən rıçaqları var: “Türklər yaxşı bilirlər ki, rusiyalı turistlər ölkə büdcəsinin 18 faizini təşkil edir. Və əgər ruslara başqa yerdə dincəlmək əmri verilsə, o zaman Türkiyə çox düşünəcək”.

Musavat.com

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …