Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Dünya / Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir-TƏHLİL

Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir-TƏHLİL

Ərdoğanın da qeyd etdiyi kimi, Türkiyənin “Zeytun budağı” əməliyyatında əsas hədəfi ölkənin təhlükəsizliyini, Suriyanın ərazi bütövlüyünü təmin etməkdir. Üstəlik, Türkiyənin bu addımı atmağa məcbur edən amillərdən biri də gələcəkdə Suriyanın şimalında Kürt dövlətinin yaranmasının qarşısın almaqdır.

Türkiyənin Suriyada keçirdiyi “Zeytun budağı” əməliyyatından 1 ay ötür. Göründüyü kimi Afrində antiterror əməliyyatlarında hələlik üstünlük Türkiyədədir. Onu da qeyd edim ki, YPG və PYD Türkiyəyə qarşı ciddi dirəniş göstərsələr də bu heçnəyi dəyişməyəcək. Ötən gün Suriya Dövlət Televiziyası PYD/YPG gücləri və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı əldə edilən razılaşmaya əsasən Əsədə sadiq qüvvələrin Afrinə daxil olacağı barədə xəbər yayılmışdı. Məsələyə münasibət bildirən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qeyd etdi ki, “Zeytun budağı” əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir. Daha sonra isə Çavuşoğlu birmənalı şəkildə vurğuladı ki, Əsəd rejimi Afrinə girsə, kimsə bizi dayandıra bilməz. Bu o deməkdir ki, Türk ordusu Afrində Əsədlə də qarı-qarşıya gələcək. Düzdür, Əsəd qüvvələrinin Afrində YPG-PYD silahlı qüvvələrinin Əsədlə razılaşmaları olması məlumatı biraz ziddiyətli məsələdir. Belə olan halda Suriya ordusun adıçəkilən terror qruplaşmlarından bir fərqi olmaz. O zaman ortaya haqlı bir sual çıxır. Türkiyə, Afrini terror qruplaşmalarından azad etdikdən sonra bölgədə varlığını dəvam etdirəcək?

Çox güman ki xeyir. Çoxları deyə bilər ki TSQ Afrini ASO-Azad Suriya ordusunun nəzarətinə verəcək. Axı Suriya hakimiyyəti ASO-nu terror təşkilatı kimi qəbul edir. Yəni Türkiyə üçün PKK necədirsə, ASO-da Suriya üçün eynidir. Baxın, məsələyə bu aspektdən yanaşdıqda birçox ziddiyətli məqamlar ortaya çıxır. Əsəd Suriya dövlətinin başçısıdır. Amerika, Türkiyə Əsəd hakimiyyətini qeyri leqal hesab edə bilər, ancaq faktiki vəziyyət onu deməyə əsas verirki, Suriyanın ərazi bütövlüyünü ancaq və ancaq Suriya dövləti qoruya bilər.

Fikrimcə, həm Türkiyə üçün həm də Suriya üçün və uğurlu variant o ola bilər ki, Suriya hökümət qüvvələri ilə Türkiyə ordusu Afrində koordinasiyalı şəkildə YPG-PYD terror qruplaşmalarına qarşı mübarizə aparsınlar. Və sonda Afrini Suriya ordusuna təhvil verilməsi hər iki ölkə üçün faydalı çıxış yoludur. Çünki artıq Afrin əməliyyatında Türkiyəyə dəstək verən Rusiya belə, rəsmi Ankaranı Suriya höküməti ilə dialoq qurmağa dəvət edir.Və beləliklə, bölgədə sülh ancaq və ancaq iki ölkənin koordinasiyalı hərəkət etməsindən keçir.

Seymur Süleymanov

Həmçinin oxuyun

Ərdoğan nazirləri toplayır – Qarabağ da müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin toplantısı baş …