Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / Türkiyə Afrində quru əməliyyatına başladı

Türkiyə Afrində quru əməliyyatına başladı

Türkiyə Silahlı Qüvvələri (TSQ) bu gün Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, tanklar və digər zirehli döyüş texnikaları, əsgər heyəti Hatay bölgəsindən Afrinə iki istiqamətdə daxil olub. Quru əməliyyatında Azad Suriya Ordusu da iştirak edir.

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Suriyanın Afrin bölgəsində əməliyyata başladığını elan edib. Əməliyyat yerli vaxtla saat 18:00-da start götürüb. “Zeytun budağı” adlandırılan antiterror əməliyyatının ilk saatlarında havaya qaldırılan 72 təyyarə müəyyən olunmuş 113 terror hədəfindən 108-ni vurub.

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …