Şənbə , Dekabr 5 2020
Ana səhifə / Dünya / Türkiyə 4 ölkə ilə ticarətdə milli valyutadan istifadə edəcək

Türkiyə 4 ölkə ilə ticarətdə milli valyutadan istifadə edəcək

Türkiyə 4 ölkə – Rusiya, İran, Çin və Ukrayna ilə ticarətdə milli valyutadan istifadə etməyə hazırlaşır.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Hazırda valyuta məzənnələrindən siyasi təzyiq vasitəsi kimi istifadə edildiyi dövrdə yaşayırıq. Buna ən yaxşı cavab xarici ticarətdə milli valyutaya keçməkdir. Adını çəkdiyim 4 ölkədən başqa, digər ölkələrlə də eyni üsulun tətbiqinə dair danışıqlar aparırıq”, – deyə nazir qeyd edib.

Həmçinin oxuyun

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının …