Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Dünya / “Türkiyə əhəmiyyətli miqdarda “Sputnik V” alacaq” – Ərdoğan

“Türkiyə əhəmiyyətli miqdarda “Sputnik V” alacaq” – Ərdoğan

Türkiyə Rusiyadan əhəmiyyətli miqdarda “Sputnik V” peyvəndi alacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə kifayət qədər vaksin var.

“Peyvənd tədarükündə çətinlik çəkməyəcəyik. Rusiyadan əhəmiyyətli miqdarda “Sputnik V” peyvəndi tədarük olunacaq. Əlimizdə kifayət qədər vaksin var. Rusiya ilə danışıqlarımızın nəticəsi olaraq yeni partiya vaksin gələcək. Görüşlər keçirmişik. Lazım gəlsə, hörmətli prezidentlə də (Vladimir Putin – red.) görüşümüz olacaq. Bu arada, Almaniyadan “Biontech”tədarükünə vəd verilib”, – deyə Ərdoğan əlavə edib.

Türkiyə lideri bildirib ki, universitetlər və bəzi əczaçılıq şirkətləri hazırda yerli peyvənd üzərində sıx işləyirlər: “Mənə verdikləri məlumata əsasən, sentyabr-oktyabr aylarına kimi yerli peyvəndin istehsalına başlayacaqlar”.

Həmçinin oxuyun

“Prezidentin istefası iqtidara sürpriz oldu” – Köçəryan

“Ermənistan prezidentinin istefası hakim “Vətəndaş müqaviləsi” üçün sürpriz oldu”.  Bu barədə erməni deputat, parlamentdə müdafiə …