Ana səhifə / Dünya / Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan İLHAM ƏLİYEVƏ DƏSTƏK

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan İLHAM ƏLİYEVƏ DƏSTƏK

Bu gün Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu üzvlərinin toplantısı keçirilmişdir. Toplantı iştirakçıları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin namizədliyini irəli sürməsinin vacibliyini müzakirə etmişlər. Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xaricdəki diaspor təşkilatlarının təşkilatlanmasında mühüm rolu var. Prezident təkcə Qırğızstanda yox, bütün dünyada soydaşlarımız arasında birliyin formalaşması və möhkəmləndirilməsi üçün heç vaxt öz səylərini əsirgəməyib. Özünü demokratiyanın beşiyi adlandıran ABŞ-da böyük depressiya dövründə xalqın seçimini nəzərə alaraq, eyni adamı 3 dəfə prezident seçmişlər. Bu, heç də demokratiyaya zidd deyil, əksinə, xalqın seçimi demokratiyanın ən böyük meyarıdır. “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada daha da tanınır, qüdrətli dövlətə çevrilir, ölkədə əhalinin rifah halı gündən-günə yaxşılaşır. Bu gün yüzlərlə azərbaycanlı dövlətin səyi nəticəsində xarici ölkələrdə, o cümlədən Qırğızstanda təhsil alır və hazırda dövlət qurumlarında çalışan azərbaycanlıların sayı getdikcə artır. Bu gün azərbaycanlıların məşğulluğunun təmin olunması istiqamətində də mühüm addımlar atılır. Ona görə də Qırğızstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu da Azərbaycandakı prezident seçkiləri prosesindən kənarda qalmaq istəmir və Qırğızstanda yaşayan azərbaycanlıların adından bildirir ki, cənab İlham Əliyevin növbəti prezident seçkilərində birmənalı olaraq qalib gələcəyinə əmindirlər və dövlət başçısı növbəti müddətə də öz namizədliyini birmənalı şəkildə irəli sürməlidir. Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov çıxışında dedi ki, sözügedən ölkədə yaşayan azərbaycanlılar prezident seçkilərində cənab İlham Əliyevə dəstək verəcəklər. Nüsrət Məmmədov hələ bir müddət əvvəl prezident seçkiləri ilə bağlı ortaya konkret mövqe qoyduqlarını diqqətə çatdırıb: “Onsuz da prezident seçkiləri ilə bağlı bizim mövqeyimiz birmənalıdır. Təxminən bir neçə ay əvvəl təşkilat üzvləri və Qırğızstanda yaşayan azərbaycanlılar toplaşıb belə bir qərar qəbul etdik ki, Azərbaycanda keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsinin tərəfdarıyıq. Çünki Birləşmiş Ştatlarda Ruzvelt 3 dəfə Amerikanın prezidenti seçilib. Ona görə biz də hesab edirik ki, bu gün cənab prezident İlham Əliyevi əvəz edə biləcək, alternativ siyasi xadim yoxdur. Bizim əsas fikrimiz və mövqeyimiz ondan ibarətdir ki, Orta Asiya regionunda yaşayan Azərbaycan vətəndaşları prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləsinlər. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkil etdiyi tədbirdə Fondun Prezidenti onu da bildirdi ki, Azərbaycan doğurdan da Cənubi Qafqaz regionunun lider dövlətidir. Əgər Azərbaycanı Türk dünyasının da lider dövlətinə çevirmək istəyiriksə o zaman İlham Əliyev hakimiyyətdə olmalıdır. Çünki İlham Əliyevin gördüyü işlər göz qabağındadır”. N. Məmmədovun sözlərinə görə, məhz prezident İlham Əliyevin ötən 14 illik prezidentlik fəaliyyəti dövründə Azərbaycan bütün sahələrdə öz inkişaf yolunu keçib, beynəlxalq aləmdə öz layiqli yerini tutub: “Azərbaycanın bu dərəcədə inkişafı heç şübhəsiz, xaricdə yaşayan azərbaycanlılara da xoş təsir bağışlayır. Məhz silsilə amilləri-səbəbləri, faktları əsas götürərək, soydaşlarımız da öz növbələrində bu siyasətin davam etdirilməsini istəyirlər. Biz əminik ki, bu il aprel ayının 11-ə elan edilən növbədənkənar prezident seçkilərində cənab İlham Əliyev qələbə qazanaraq, Azərbaycana növbəti dövrdə rəhbərlik edəcək. Qarşıdakı illərdə isə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək. Seçkilərə öz töhfəmizi vermək məqsədi ilə qanunlar çərçivədsində biz də hərəkət etməliyik. Bildiyiniz kimi, Fondun Azərbaycanda çox üzvləri var. Təklifim budur ki, Azərbaycanda ictimai əsaslara söykənən fondun üzvlərinə könüllülər (Təşəbbüs) qrupları yaradılması həvalə edilsin. Bu məqsədlə aşağıda adları göstərilən şəxslər könüllülər qrupunun yaradılmasına rəhbərlik etsinlər. Təşəbbüs qrupu rəhbərlərinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmasını Fond xahiş edir:

1. Həsənov Əflatun Mürsəl oğlu – professor 2. İsrafilov Həsən Abid oğlu – professor 3. Nəcəfzadə Abbasqulu İsmayıl oğlu – professor 4. Əkbərov Vəli İbrahim oğlu – jurnalist 5. Sadıqov Məhəmməd Nərman oğlu – jurnalist 6. Feyziyev Məhəddin Seyfulla oğlu – sahibkar 7. Əhmədova Dilarə Qurban qızı – müəllimə 8. Alıyeva Dunyaxanım Yunus qızı – jurnalist 9. İsmailov Natiq Məhərrəm oğlu – sahibkar 10. İsmayılova Elmira Əli qızı – müəllimə

Sonda toplantı iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Qırğızstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətunə Dəstək Fondunun üzvləri adından onu prezident seçkilərində dəstəklədiklərini əks etdirən müraciət qəbul etdilər..

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …