Ana səhifə / Dünya / Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti İlham Əliyevi təbrik etdi

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti İlham Əliyevi təbrik etdi

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi qələbə münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:

“Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibəti ilə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun üzvləri adından və öz adımdan sizə ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan xalqının iradəsini əks etdirən bu seçkilərin şəffaflıq və etimad şəraitində keçirilməsindən məmnunluq duyuruq.
Azərbaycanımızın sabitlik, əmin-amanlıq və rifah içində yaşayan ölkə olaraq inkişaf etməsində liderliyinizin rolu şübhəsiz ki, böyükdür.
Türk dünyası ilə Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda dərinləşərək irəliləməsindəki liderlik rolunuzun davam edəcəyinə və qarşılıqlı münasibətlərin qardaş xalqlarımızın xeyrinə olaraq daha da yüksək səviyyəyə çatacağına inamım qətidir.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləklərimi, vətənimiz Azərbaycanın rifahı və sabitliyi naminə ən səmimi arzularımı çatdırıram”.

Azinforum.az

Həmçinin oxuyun

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının …