Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“PKK-çılar Sincara qaçdılar. Həmin vaxt dedim ki, Sincar əməliyyatına başlayacağıq. İndi orada da əməliyyatlar başladı. Biz işğalçı dövlət deyilik, sadəcə, terrorla mübarizə aparırıq. Qərb bizə ağıl verməyə çalışır, lazım deyil, özlərinə saxlasınlar. Dimdik ayaq üstə dayanacağıq. Məzlumun ahı yerdə qalmayacaq”, – Ərdoğan bildirib.