Bazar , Oktyabr 25 2020
Ana səhifə / Dünya / Türk ordusu Afrinə girmək istəyən terrorçuların 40 avtomobilini vurdu – VİDEO

Türk ordusu Afrinə girmək istəyən terrorçuların 40 avtomobilini vurdu – VİDEO

Türkiyə ordusu Afrinə silah-sursat daşyan 30-40 avtomobildən ibarət maşın karvanını vurub.

“Report” TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silah Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“PKK/PYD-YPG və İŞİD terror qruplaşmalarına aid 30-40 avtomobildən ibarət karvanın Afrinin cənub-şərqindən şəhərə yaxınlaşdığı təsbit edilib. Karvan bu terrorçu qruplaşmalara silah-sursat daşıyırmış. 15 km məsafədə yerləşən karvan vurulub. Atəş nəticəsində mülki sakinlərə zərər dəyiməyib”, – Baş Qərargahın açıqlmasında vurğulanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyat nəticəsində 1873 terrorçu məhv edilib.

Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …