Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Dünya / Türk hərbçiləri yunan müdafiə nazirini qovdular

Türk hərbçiləri yunan müdafiə nazirini qovdular

Türkiyə və Yunanıstan arasında böhrana səbəb olan Kardak adasında yenə gərginlik yaşanıb.

Sputnik Azərbaycan Sözçü-yə istinadən xəbər verir ki, Türkiyə Sahil Təhlükəsizlik Qüvvələri adaya yaxınlaşmaq istəyən Yunanıstan müdafiə nazirini qovublar.

Yunanıstan müdafiə naziri Panos Kamenos Egey dənizinə çələng atmaq üçün gəlib. Bu zaman o, hücum gəmisindən istifadə edib. Amma Türkiyə tərəfi müdafiə nazirinin adaya çıxmasına imkan verməyib. Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinin tələbindən sonra Yunanıstan gəmisi Türkiyə sularını tərk edib.

Həmçinin oxuyun

ABŞ tarixində ilk – Maliyyə naziri qadın oldu

ABŞ Senatı Canet Yelleni ölkənin maliyyə naziri vəzifəsinə təsdiqləyib. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, onun …