Şənbə , Dekabr 5 2020
Ana səhifə / Dünya / Türk diplomatları qətlə yetirən ermənilərin tutulması üçün mükafat ayrılıb- 1 milyon dollar

Türk diplomatları qətlə yetirən ermənilərin tutulması üçün mükafat ayrılıb- 1 milyon dollar

Bu gün Sidneydə ermənilər tərəfindən qətlə yetirilən iki türk diplomatın anım günüdür. 1980-ci il dekabrın 17-də erməni terrorçular daha iki türk diplomata qarşı terror aktı həyata keçiriblər.

Türkiyənin Sidney şəhərindəki baş konsulu Şarık Arıyak və təhlükəsizlik üzrə attaşe Engin Sever işlədikləri diplomatik nümayəndəliyin qarşısında erməni terrorçuları tərəfindən vəhşicəsinə qətlə yetiriliblər. Terror aktı ASALA erməni terror təşkilatı tərəfindən törədilib. Terrorçu ermənilər mərhum diplomatları ailə üzvlərinin gözləri qarşısında güllələyiblər. Bu beynəlxalq cinayətin üstündən 39 il keçsə də, terrorçu ermənilər hələ də saxlanılmayıb.

Son məlumatlara görə, Avstraliya polisi türkiyəli diplomatların qatillərinin tutulması üçün cinayət-axtarış işini yeniləyib. Atası qətlə yetiriləndə 8 yaşı olan Çağla Arıyak bu xəbərdən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Avstraliya polisi erməni terrorçuların tapılması üçün 1 milyon dollar (Avstraliya dolları) mükafat ayrıldığını açıqlayıb(azərtac).

Həmçinin oxuyun

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının …