Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Tüfəngi ilə insanları qütb ayılarından qoruyur – FOTO, VİDEO

Tüfəngi ilə insanları qütb ayılarından qoruyur – FOTO, VİDEO

1950-ci ildə Amerika və Rusiya arasındakı “soyuq müharibə” zamanı Şimali Amerikada bir sistem quruldu. Sistem ruslardan gələcək hücumları öncədən xəbər vermək xüsusiyyətinə malikdir. Bu bazaya nəzarət etməsi üçün Dunkan Ferqyuson adlı bir gənci vəzifələndirdilər.

Bu adamın vəzifəsi maraqlı və olduqca təhlükəlidir. O, həmin bazada işləyən insanları ərazidəki qütb ayılarından qoruyur.

Bu baza 1957-ci ildən ABŞ və Kanadanın ortaq işbirliyi nəticəsində işlədilməyə başlayıb.

Картинки по запросу distant early warning line
Buradakı insanları qoruyan Dunkan vəzifəsi haqqında bunları deyir: “Bu bazanın qurulma məqsədi Rusiyanın Şimali Amerikaya hücumlarının öncədən xəbər verilməsi, mənim vəzifəm isə orada işləyən insanları qütb ayılarından qorumaqdır.  Bu ayılar olduqca səbrli, bacarıqlı və ağıllıdır. Bir insana hücum etməyi qərarlaşdırdılarsa, onu günlərcə səbrlə izləyir, ən çarəsiz, müdafiəsiz anda hücum edirlər”.

Qütb ayılarının Kanadada ovlanması qanuni olsa da, onları ovlamaq çətindir. Dunkan bu ayıları uzaq məsafədən öldürməyin çox çətin olduğunu deyir. Onları ancaq yaxın məsafədən tüfənglə vurmaq olar ki, bu da olduqca riskli və təhlükəlidir. Dunkan qütb ayılarını ödürməkdən daha çox, havaya atəş açaraq, onları qorxudub ərazidən uzaqlaşdırır.

Картинки по запросу iqaluit 2017

Dunkanın günlük iş rejimi səhər saat 7-də oyanmaq, hava şəraitini yoxlamaq, daha sonra işçiləri yeməkxanaya təhlükəsiz bir şəkildə aparmaqdır.

Buludların çox vaxt əraziyə enməsi və bəyaz olması səbəbindən qütb ayılarının gözəgörünməz şəkildə gəlmələri də mümkündür. Dunkan vəzifəsinin bir tərəfdən olduqca təhlükəli, digər tərəfdən isə olduqca cansıxıcı olduğunu deyir.Musavat.com

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …