Cümə , Dekabr 4 2020
Ana səhifə / Dünya / “Trampın xanımı Ağ evdə həbs həyatı yaşayır” – FOTOLAR

“Trampın xanımı Ağ evdə həbs həyatı yaşayır” – FOTOLAR

Fransa prezidenti Emmanuel Makronun xanımı Bricit Makron ABŞ-a səfəri ilə bağlı maraqlı fikirlər səsləndirib.
Bricit Macron Ağ evdə ABŞ-ın birinci xanımı Melaniya Trampla görüşdüyünü, onun dözülməz həyat yaşadığını deyib.

“Melaniya Ağ evdən kənara çıxa bilmir, həbs həyatı yaşayır. Ona nəfəs almağa imkan vermirlər. İstədiyi addımı ata bilmir. Yaşadığı evdə pəncərəni də açmağa icazə vermirlər. Hər yerdə mühafizəçi ona nəzarət edir” – Fransanın birinci xanımı jurnalistlərə bildirib.

Qeyd edək ki, 48 yaşlı keçmiş maniken Melaniya 2005-ci ildə Donald Trampla evlənib.


AzVision.az 

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …