Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Trampın köməkçisi: “Rahib Branson azad olunarsa…”

Trampın köməkçisi: “Rahib Branson azad olunarsa…”

Türkiyə amerikalı rahib Endryu Bransonu azad etsə, Vaşinqtonla Ankara arasındakı böhran dərhal başa çatacaq. Bunu ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton deyib.

O bildirib ki, Ankara rahibi buraxmamaqla böyük səhvə yol verib.

Rahibin azad edilməməsinin Türkiyənin NATO üzvlüyünə təsir edib-etməyəcəyi barədə danışan C.Bolton bu məsələnin gündəlikdə dayanmadığını deyib:

“Bizim əsas diqqətimiz rahib Bransona və Türkiyə hökuməti tərəfindən saxlanılan digər amerikalılara yönəlib”.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib.

ABŞ isə bununla əlaqdəar Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …