Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Trampın ilginc vərdişləri: Televizorun pultuna əl vurmur

Trampın ilginc vərdişləri: Televizorun pultuna əl vurmur

Amerika prezidenti Donald Tramp özünün ilginc hərəkətləri və aldığı qərarlarla prezident olduğu gündən dünyada ən çox müzakirə olunan dövlət başçılarından biridir.

Hər bir insanın özünəməxsus vərdişləri var. Lakin, bir ölkə başçısının, üstəlik dünyanın ən güclü ölkəsi olan Amerikanın başında duran bu şəxsin vərdişləri olduqca maraqlıdır.

Onlardan bir neçəsi ilə tanış olaq:

Televizorun pultuna əl vurmur

“Nyu York Tayms”ın yazdığına görə, Tramp Ağ Evdəki otağında yerləşən televizorların pultunun idarəsi mövzusunda olduqca həssasdır. O, pultdan istifadə üçün texniki dəstək personalının işçilərini buyurur.

Verilən məlumatlara görə, televizorun ekranında “Fox Nyus” kimi məşhur telekanallar hər zaman açıq saxlanılır. Toplantılarda belə, televizorun səsi hər zaman açıq tutulmalıdır.

Trump cola ile ilgili görsel sonucu

Ancaq dietik kola içir

Nyu York Taymsın yazdığı digər ilginc məlumata görə, ABŞ prezidenti gündə 12 ədəd çox dietik kola içir.

Hər şeyin yeri bəlli olmalıdır

Tramp əşyalarının haraya qoyulacağı məsələsində olduqca həssasdır. Bəzi psixiatrlara görə, belə hallara psixikasında problemlər olan insanlarda tez-tez rast gəlmək mümkündür.

Təmizlik xəstəsi

Donald Tramp yazdığı kitablarından birində qeyd edib ki, xəstəliyə düçar olmamaq üçün əllərini hər dəqiqə yuyur. O, ağır xəstəliyə düçar olmaqdan çox qorxur və bu, onda artıq bir sindroma çevrilib. Buna görə də, salamlaşmağı sevmir, liftin düymələrini basmır və pizzanı çəngəl-bıçaqla yeyir.

Hər zaman manşetlərdə olmaq istəyir

İndiyə qədər yəqin ki, fikir vermisiniz, Tramp bütün dünyanın ən çox müzakirə olunan ismi olduğuna görə olduqca məmnundur. Lakin haqqında çıxan xəbərlərin manşet olmaması onun əsəbiləşməsinə səbəb olur.

Trump cola ile ilgili görsel sonucu

Zərərli qidaları sevir

ABŞ lideri spirtli içki, siqaret və qəhvədən uzaq dursa da, dietik kola və “fast food”lardan olduqca çox istifadə edir. Hamburgerlər, müxtəlif növ cipslər, şokoladlar onun vazkeçilməz qidalarıdır.

Bundan başqa, o, çox bişmiş biftek, donuz bastırması, sous və dondurmanı çox sevir. Ölkə mediasının da yazdığı kimi, Ağ Evin axşam yeməyi menyusunda ən çox bu yeməkləri görmək mümkündür.

Trump saçları ile ilgili görsel sonucu

Qəribə saç düzümü

Dünyada ən məşhur saç modeli yəqin ki, ABŞ prezidenti Donald Trampdadır. O, özü də bunun fərqində olduğunu dəfələrlə qeyd edib.

O, bildirib ki, buna görə də saç modelini heç zaman dəyişməyəcək.

Trump banyo ile ilgili görsel sonucu

Qonaqlara Ağ Evin hamam otaqlarını göstərməyi sevir

Tramp qonaqlarına Ağ Evi gəzdirməyi çox sevir. Göstərməyi ən çox sevdiyi yer isə hamam otaqlarıdır. Linkoln yataq otağı və Truman Balkonu isə ən çox sevdiyi otaqlar arasındadır.

Sadəcə, bir neçə saat yatmaq…

Prezident olmaq çox vaxt alan işdir. Bu da Trampın yatmaq üçün zamanının yetərincə olmadığı anlamına gəlir.

Onun 16 saat çəkən iş prosesindən sonra sadəcə, 5-6 saat yatdığı deyilir.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …