Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Trampın gəlini senator olmaq istəyir

Trampın gəlini senator olmaq istəyir

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın gəlini Lara Tramp 2022-ci ildə keçiriləcək Senat seçkilərində iştirak edə bilər.

Bu barədə “New York Times” nəşri yazıb.

Qeyd edilib ki, 38 yaşlı Lara Tramp siyasi karyerasına başlamaq üçün Şimali Karolina ştatını seçib. Respublikaçı senator Riçard Berr daha əvvəl səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən seçkilərə qatılmayacağını bəyan edib.

Lara Tramp 2014-cü ildə Erik Trampla evlənib. Daha əvvəl televiziyada prodüser, məşqçi, hətta aşbaz kimi çalışıb. 2016 və 2020-ci illərdə qayınatasının təşviqat məsləhətçisi kimi fəaliyyət göstərib. Azvision.az

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …