Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Dünya / Trampdan gözlənilməz təklif – “Müəllimləri silahlandıraq”

Trampdan gözlənilməz təklif – “Müəllimləri silahlandıraq”

ABŞ prezidenti Donald Tramp müəllimlərə və məktəb işçilərinə silah gəzdirməyə icazə verilməsini təklif edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp bir neçə gün öncə qətliam baş vermiş Parkland şəhərindəki məktəbdə çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, cinayətkarlara öz niyyətlərini məktəblərdə həyata keçirirlər. Bilirlər ki, cavab olaraq onlara heç kim atəş açmayacaq. Bu cür hücumlar orta hesabla 3 dəqiqə çəkir. Polislərə isə hadisə yerinə gəlməyə 5-10 dəqiqə vaxt lazım olur.

Tramp müəllimlərdən əlavə silahla davranmağı yaxşı bacaran keçmiş hərbçiləri məktəblərə mühafizə işinə götürməyi də təklif edib.

Həmçinin oxuyun

Ərdoğan nazirləri toplayır – Qarabağ da müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin toplantısı baş …