Ana səhifə / Dünya / Trampdan feysbukla bağlı – Açıqlama
Donald Trump speaks during the 38th annual Conservative Political Action Conference (CPAC) in Washington February 10, 2011. The CPAC is a project of the American Conservative Union Foundation. REUTERS/Joshua Roberts (UNITED STATES - Tags: POLITICS BUSINESS)

Trampdan feysbukla bağlı – Açıqlama

ABŞ Prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərində feysbukun onu deyil, rəqibi Hillari Klintonu dəstəklədiyini bildirib.

Teleqraf.com-un “RİA Novosti”yə istinadən xəbərinə görə, bu haqda ABŞ rəhbəri öz Twitter hesabında yazıb.

“Hiyləgər Hillari Klinton prezident seçkilərinə məndən çox – yüz milyonlarla dollar xərclədi. Feysbuk mənim yox, onun tərəfindəydi. Tez -tez feysbukda reklam üçün xərclənən “önəmsiz” pullar haqda eşidirəm. Eləsə SNN, ABC, NBC və CBS-də saxta xəbərlərə xərclənən milyardlarla dollara nə deyirsiz?” – Tramp bildirb.

Ancaq o, feysbukda hansı reklamı nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, daha öncə ABŞ KİV-i Rusiyanı sosial şəbəkələrlə Trampa dəstək verməkdə ittiham edirdi, amma bununla bağlı heç bir əsas göstərilmirdi.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …