Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Tramp yenə çətiri bağlaya bilmədi, yerə tulladı –VİDEO

Tramp yenə çətiri bağlaya bilmədi, yerə tulladı –VİDEO

ABŞ prezidenti Donald Tramp yenidən çətirdən istifadə zamanı problemlə üzləşib.

Tramp prezident təyyarəsinə qalxarkən çətirin yığılma mexanizmindən baş aça bilməyib.

Amerika lideri çətiri sadəcə təyyarəni trapında buraxıb və içəriyə daxil olub. Prezidentin bu hərəkəti sosial şəbəkələrdə lağa qoyulub. Qeyd edək ki, bu ABŞ liderinin çətirlə yaşadığı ilk problem deyil. Cari ilin aprel ayının sonlarında Vaşinqtona qayıdarkən Tramp güclü külək səbəbindən çevrilmiş çətirinin öhdəsindən gələ bilməyib. (oxu.az)

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …