Cümə , Yanvar 22 2021
Ana səhifə / Dünya / Tramp “Twitter” paylaşımına görə müsəlmanlardan üzr istədi

Tramp “Twitter” paylaşımına görə müsəlmanlardan üzr istədi

 

ABŞ prezidenti Donald Tramp öz “Twitter” hesabında yerləşdirdiyi müsəlmanlar əleyhinə videoya görə üzr istəyib.

Avropa.info xəbər verir ki, bu barədə Tramp İTV kanalı efirində efirə gedəcək, britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.

“Tramp “Britain First” ultra-sağ qruplaşmasının paylaşımını retvit etdiyi üçün ictimai şəkildə üzr istəyib” – britaniyalı jurnalist “Twitter” hesabında yazıb.

Qeyd edək ki, keçən il noyabrın sonunda Tramp öz hesabında müsəlmanlar əleyhinə paylaşımlar edərək xeyli müzakirələrə səbəb olmuşdu.

Həmçinin oxuyun

Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” – Video

Yanvarın 6-da Xocalı soyqırımını törədənlərdən biri, erməni general Manvel Qriqoryanın yaxınları onun məzarını ziyarət etmək …