Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Dünya / Tramp: “Türkiyə F-35-in detallarını vermirik desə, nə edəcəyik?”

Tramp: “Türkiyə F-35-in detallarını vermirik desə, nə edəcəyik?”

ABŞ prezidenti Donald Tramp “dünyanın ən yaxşı döyüş təyyarəsi” adlandırdığı F-35-in Türkiyədə və digər ölkələrdə istehsalını nümunə göstərib.

Avropa.info xəbər verir ki, Tramp bu barədə “Fox Business” telekanalında danışıb.

“F-35-lərin karkası Türkiyədə istehsal olunur və Türkiyədən göndərilir. İndi Ərdoğanla yaxşı münasibətlərimiz var, ya olmasa nə olacaq? Sizə “F-35-in detallarını vermirik” desələr nə edəcəyik?” – o, deyib.

Qeyd edək ki, Türkiyə hökuməti Rusiyadan S-400 HHM sistemi aldığı üçün keçən ilin iyulunda bu ölkəni F-35 proqramından çıxardığını açıqlamışdı. Lakin buna baxmayaraq, Türkiyənin hələ də F-35-in hissələrini tədarük etməsi suallara səbəb olub.

Türkiyə 2002-ci ildən bəri F-35 proqramının rəsmi şərikidir və şəriklik müqaviləsində Türkiyənin 100 ədə F-35 A tipli təyyarə satın alması qeyd olunub. Türkiyənin proqramdan rəsmi şəkildə çıxarılması prosedurası isə hələ başa çatmayıb.

Həmçinin oxuyun

Türkiyədə son 8 ayın ən yüksək ölümü

Türkiyədə son sutkada 6713 nəfərə COVID-19 diaqnozu qoyulub, 153 nəfər isə bu virusdan ölüb. APA-nın …