Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Tramp Tehranı yenidən hədələdi – “Hərbi müdaxilə planı masamdadır”

Tramp Tehranı yenidən hədələdi – “Hərbi müdaxilə planı masamdadır”

ABŞ prezidenti Donald Tramp bu gün İranla bağlı daha bir təhdidedici bəyanat verib.

Strateq.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ prezidenti Ağ Ev-də jurnalistlərin sualına cavab verərəkən “Bəli, İrana qarşı hərbi müdaxilə planı hələ də masamın üstədir”, – deyib.

Tramp əlavə edib ki, o, bir müddət əvvəl həqiqətən İranın vurulması haqda qərarından icraya 10 dəqiqə qalmış vaz keçib: “Çünki mənə məlumat verildi ki, ABŞ-ın vuracağı ərazidə 150 nəfər iranlı var. Mən onların ölməsini istəmədim. Amma bu o demək deyil ki, biz hərbi müdaxilələrdən əl çəkmişik. Belə bir plan, dediyim kimi, masamdadır”.

Tramp sonda deyib ki, İrana qarşı əlavə sanksiayalar iyunun 24-də qüvvəyə minəcək.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …