Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Tramp Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

Tramp Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

ABŞ prezidenti Donald Tramp Rusiyanın yaxın və orta mənzilli raketlərin ləğv olunması barədə müqaviləyə əməl etməməsi səbəbindən bu ölkəyə qarşı yeni sanksiyaları təsdiqləyib.

Bu barədə yerli KİV-lər Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat yayıblar.

Bildirilir ki, ABŞ Ticarət Nazirliyi yeni raket texnologiyaları üzrə işləyən Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.

Administrasiyanın nümayəndəsi bildirib ki, sanksiyaların məqsədi Rusiya hökümətinin “iqtisadi planlarını dəyişməkdir”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …