Cümə , Oktyabr 23 2020
Ana səhifə / Dünya / Tramp Makronun salamını almadı, jurnalistlərin önündə Fransa prezidentini pərt etdi – VİDEO

Tramp Makronun salamını almadı, jurnalistlərin önündə Fransa prezidentini pərt etdi – VİDEO

ABŞ Prezidenti Donald Trampı Parisdə qarşılayan Fransa prezidenti Emmanuel Makron jurnalistlərin qarşısında pərt vəziyyətə düşüb.

Belə ki, Yenisey sarayında görüşə gələn Trampın önünə çıxan Makron onunla jurnalistlərin qarşısında bir neçə dəfə əl sıxışıb, salamlaşmaq istəsə də, ABŞ prezidentinin bundan yayınması və soyuq davranışı diqqətdən qaçmayıb.

Pərt vəziyyətdən çıxmaq üçün Makron daha sonra Trampın qoluna əli ilə toxunaraq, onu saraya dəvət edib.

Diqqətçəkən məqam odur ki, sarayda iktərəfli görüşdə də Trampın soyuq davranışı davam edib. Makron burada da bir neçə dəfə Trampla əl sıxışıb, isti münasibətləri göstərmək istəsə də, Tramp onun səmimi jestlərinə reaksiya verməyib.

Bəzi mütəxəssislər iddia edir ki, Trampın belə soyuq davranışı görüşdən əvvəl Makronun “Avropanın ABŞ, Rusiya və Çindən qorunmaq üçün özünün güclü ordusu olmalıdır” bəyanatından qaynaqlanır.

Həmin anların əks olunduğu videonu təqdim edirik:

strateq.az

Həmçinin oxuyun

Rusiyalı kişi rahat oturmaq üçün uşağını metro vaqonunda oturacağın altına saldı – VİDEO

Sosial şəbəkələrdə bir kişinin uşağını metro vaqonunda oturacağın altına itələdiyi barədə görüntülər yayılıb. “Podyom” “Telegram” …