Sosial şəbəkədə biz:
Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam
Xəbər Şəkli

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

12 June 2026, 01:01
Dünya

Vaşinqton İran hökumətini devirmələri üçün silahı ölkədəki hakimiyyət əleyhdarlarına ötürməyə çalışıb.

Bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalının efirində bildirib.

"Amma regional müttəfiqlər bizi pis vəziyyətdə qoydu", - o qeyd edib.

Trampın sözlərinə görə, ABŞ silahı İranda yaşayan və hakimiyyəti dəstəkləməyən kürdlərə verib, lakin "onlar silahı başqalarına ötürmək əvəzinə özləri üçün saxlayıblar".

"Kürdlər bizi pis vəziyyətdə qoydu. Amma mən bunu unutmayacağam", - o bildirib.

ABŞ lideri həmçinin deyib ki, əvvəlcədən belə bir planın əleyhinə olub, çünki kürdlərin silahı özləri üçün saxlayacağından şübhələnirdi.