Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Tramp Krımın müstəqilliyini tanıyacaq

Tramp Krımın müstəqilliyini tanıyacaq

ABŞ prezidenti Donald Tramp Krımı Rusiya ərazisinin tərkib hissəsi kimi tanıya biləcəyini istisna etməyib. Bu barədə ABŞ prezident ittifaqının üzvləri məlumat veriblər.

Qeyd olunur ki, Krımın Rusiyaya birləşdirilməsini tanımaqla bağlı Tramp “baxarıq” ifadəsini işlədib. Həmçinin, Ukraynanın Krımı itirməsində ABŞ-ın sabiq prezidenti Barak Obamanı günahlandırıb. Trampa görə, Krımın ilhaqını Obamanın həyata keçirtdiyi siyasət mümkün edib.

Qeyd edək ki, bundan əvvəl BuzzFeed News diplomatik məbəsinə istinadən bildirmişdi ki, Kanadadakı sammitdə Tramp G7 (“Böyük yeddilik”) ölkələrinin liderlərinə Krımın Rusiyaya məxsus olduğunu deyib. ABŞ prezidenti G7 ölkələrinin Kiyevə göstərdikləri dəstəyi də sual altına qoyaraq, Ukraynanı dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri adlandırıb.

Xatırladaq ki, Krımla bağlı istənilən şərh və xəbərlərə Kreml “Krım mövzusu artıq bağlanıb” cavabını verir.

Qeyd edək ki, iyulun 16-da Helsinkidə Trampla Rusiya prezidenti Vladimir Putinin ilk təkbətək görüşü keçiriləcək. (AzVision.az)

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …