Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Tramp kişilərdən çox qadınlara güvənir

Tramp kişilərdən çox qadınlara güvənir

“ABŞ prezidenti kişilərdən çox qadınlara güvənir”

BBC xəbər verir ki, bunu jurnalist-yazıçı Maykl Vulf (Michael Wolff) müəllifi olduğu “Od və Qəzəb. Trampın Ağ Evində” (Fire and Fury: Inside the Trump White House) adlı kitabında yazıb.

O, qeyd edib ki, qadınlarla bağlı qalmaqallara baxmayaraq, Tramp iş yerində kişilərdən çox zərif cinsin nümayəndələrinə yaxınlıq edir.

“Trampa görə qadınlar kişilərə nisbətdə daha sadiq və güvənlidir. Kişilər güclü və daha çox səlahiyyətlərə malik ola bilərlər, lakin onların öz maraqlarının olması ehtimalı olduqca yüksəkdir. Qadınlar isə öz təbiətinə görə və ya Trampın fikrincə, öz hədəflərini böyük ehtimalla bir insana yönəldirlər. Məsələn, Tramp kimi bir insana” (səhifə 200), – deyə müəllif vurğulayıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …