Ana səhifə / Dünya / Tramp jurnalistin üstünə şığıdı, Ağ evdən qovdurdu

Tramp jurnalistin üstünə şığıdı, Ağ evdən qovdurdu

Dünyada özünü azadlıqların və demokratiyanın müdafiəçisi kimi görən ABŞ Donald Trampın prezident seçilməsindən sonra bu dəyərləri biabırdı şəkildə tapdalayan ölkəyə çevrilir. Virtualaz.org xəbər verir ki, iki gündür dünya mətbuatı CNN müxbiri Jim Akostanın şəxsən Tramp tərəfindən təhqir edilməsini və Ağ evdən qovulmasını müzakirə edir.

Tramp bundan əvvəl də jurnalistlərlə kobud davranmışdı və onları Ağ evə buraxmamağı əmr etmişdi. Habelə az qala hər gün onun barəsində tənqid yazan KİV-ləri “feyk nyus” adlandırır, Amerika mətbuatının onu tənqid edən qisminə nifrətini büruzə verir. Bu dəfəki insident isə ABŞ-da Konqresə noyabrın 7-də keçirilən aralıq seçkilərdən sonra Trampın keçirdiyi ilk mətbuat konfransında baş verib.

CNN müxbiri Jim Akosta Trampın son günlər ABŞ sərhədlərinə doğru hərəkət edən minlərlə Cənubi Amerikalı miqrantlara qarşı ordu yeritməsi, onları işğalçılar adlandırmasının səbəbləri ilə maraqlanıb. “Nədən mühacir karvanını işğalçı hesab edirsiniz?”-jurnalist soruşub.

Tramp qəzəbli cavab verib: “Çünki mən onların işğalçı olduqlarını düşünürəm. Biz bu məsələdə fərqli düşünürük. Hətta yeni şirkətlər ABŞ-a gələndə bu insanlara ehtiyacımız da olacaq. Amma qanuni yollarla gəlməlidirlər”.

Jim Akosta prezidentlə polemikaya girib, miqrantların əslində ABŞ sərhədlərindən çox uzaqlarda olduqlarını ona xatırladıb. Tramp isə hiddətlənib: “ABŞ-ı mən idarə edirəm, sən CNN-i idarə etməklə məşğul ol. Yaxşı işləsəydiniz reytinqiniz də yüksək olardı”.

Jim Akosta bu dəfə Trampa xüsusi prokurorun Rusiya araşdırması barədə sual verib və prezidenti lap özündən çıxarıb. “Bu qədər yetər. Mənim bu təhqiqat barədə hər hansı bir narahatlığım yoxdur, çünki hamısı quramadır”.

Jurnalist sualında israr edib və bu dəfə Tramp kürsüdən enərək ona tərəf şığımaq istəyib, amma dərhal geri dönüb və jurnalisti təhqir edib: “Sən kobud, qanmazın birisən, CNN üçün işləməməlisən. Sara Hakkabiyə (Ağ evin mətbuat katibi), insanlara çox pis davranırsan. CNN  yalan xəbər yayır,  xalq düşmənisiniz”.

Akosta Trampa cavab verməyə çalışarkən Ağ ev əməkdaşı onun əlindən mikrofonu almağa cəhd edib. Jurnalist mikrofonu əlindən buraxmayıb , bu dəfə əməkdaş diz çökərək onun çıxışını bitirməsini gözləyib.

CNN müxbirindən sonra Trampa sual vermək üçün söz alan başqa jurnalist həmkarını müdafiə etməyə çalışıb. Tramp “sən də onun gününə düşmək istəyirsən?” deyə ona cavab verib.

Canlı yayımda baş verən bu hadisələrdən sonra Ağ ev sözçüsü Sara Hakkabi Sanders bildirib ki, CNN müxbiri onun əlindən mikrofonu almaq istəyən əməkdaşa toxunduğu üçün akkreditasiyası ləğv edilib. “Tramp mətbuat azadlığına inanır və ona ünvanlanan sərt sualları normal qarşılayır. Ancaq bir jurnalistin işini yerinə yetirən əməkdaşa toxunmasını qətiyyən xoş qarşılaya bilmərik”-o bildirib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …