Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Tramp: Bütün problemlərin arxasında İran və Rusiya durur

Tramp: Bütün problemlərin arxasında İran və Rusiya durur

ABŞ prezidenti Donald Tramp İran və Rusiyanı Yaxın Şərqdə problemlər yaratmaqda ittiham edib.

Virtualaz.org “Reuters”ə istinadən bildirir ki, bunu Ağ Ev rəhbəri Fransa prezidenti Emmanuel Makronla keçirdiyi görüşdə deyib.

“Hara gedirsən get, bütün problemlərin arxasında İran dayanır, xüsusilə Yaxın Şərqdə. Yəmən, Suriya, bunların arxasında İran dayanır. Təəssüflər olsun ki, Rusiyanın da bunda iştirakı gündən-günə artır”, – deyə Tramp bildirib.

Donald Tramp onu da vurğulayıb ki, İranla nüvə razılaşması axmaqlıqdır və bərbaddır.

Tramp deyib ki, bu nüvə razılaşması heç vaxt imzalanmamalı idi.

Makron isə bu nüvə razılaşmasının Orta Şərqin təhlükəsizliyi üçün mühüm bir addım olduğunu deyib.

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …