Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Tramp büdcəni təsdiqlədi: 900 milyardlıq yardım ayrılacaq

Tramp büdcəni təsdiqlədi: 900 milyardlıq yardım ayrılacaq

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyasına görə 900 milyard dollarlıq iqtisadi yardım paketini ehtiva edən 2021-ci il büdcəsini imzalayıb.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

İqtisadi yardım paketi 2021-ci ilin sentyabrına qədər davam edəcək 1,4 trilyon dollarlıq büdcənin tərkib hissəsidir.

Qeyd edək ki, büdcədə koronavirusun ziyanını qarşılamaq üçün adambaşına 600 dollar ödənilməsi nəzərdə tutulub. Tramp daha əvvəl bu rəqəmlə razılaşmayaraq ödəniləcək vəsaitin 2 min dollara qaldırılmasını tələb etmişdi. ABŞ lideri 600 dollarlıq ödənişi “utancverici” adlandıraraq Konqresin hər iki palatası tərəfindən qəbul edilmiş büdcə layihəsini imzalamaqdan imtina etmişdi.

Məlumata görə, sənədin imzalanmasına razılıq verməklə, Tramp əlavə iqtisadi yardımla bağlı danışıqların davamını təmin edib.

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …