Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Tramp: “ABŞ İrana süni tənəffüs aparatları göndərməyə hazırdır”

Tramp: “ABŞ İrana süni tənəffüs aparatları göndərməyə hazırdır”

ABŞ koronavirusun yayılmasına qarşı mübarizə üzrə yardım formasında İrana süni tənəffüs aparatları göndərməyə hazırdır.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Ağ Evdə keçirilən brifinq zamanı ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: “Mən vəzifəmə başlayan zaman İran bütün Yaxın Şərqi nəzarətə götürməyə hazır idi. Hazırda isə onlar sağ qalmağı düşünürlər – onlarda hər həftə etirazlar keçirilir, koronavirusa görə böyük gərginlik var və mən bunun olmamasına üstünlük verərdim. Mən onlara kömək etməyi təklif etmişəm”.ABŞ prezidenti əlavə edib: “Əgər onlara süni tənəffüs aparatları lazım olarsa, mən onlara bu aparatları göndərərəm. Bizdə ehtiyyatda minlərlə süni tənəffüs aparatı var”.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …