Şənbə , Sentyabr 18 2021
Ana səhifə / Dünya / Tramp Əfqanıstanda baş verənləri “ABŞ-ın ən böyük məğlubiyyəti” adlandırıb

Tramp Əfqanıstanda baş verənləri “ABŞ-ın ən böyük məğlubiyyəti” adlandırıb

ABŞ-ın keçmiş prezidenti, respublikaçı Donald Tramp Ağ Evin hazırkı rəhbəri, demokrat Co Baydenin Əfqanıstanla bağlı siyasətini tənqid edib.

APA TASS-a istinadən xəbər verir ki, o, Baydenin etdiyi hərəkətlərin ölkə tarixində ən böyük məğlubiyyətlərdən biri kimi tarixə düşəcəyini bildirib.

“Co Baydenin Əfqanıstanla bağlı etdikləri – bir əfsanədir. Bu, tarixin ən böyük məğlubiyyətlərindən biri olacaq”, – deyə Trampın yaydığı açıqlamada qeyd olunub.

Həmçinin oxuyun

Diplomatik qalmaqal: Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırdı

Paris məsləhətləşmələr üçün ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir …