Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Dünya / Toy kimi ayrılıq: Maşını bəzəyib boşanmağa getdi – VİDEO

Toy kimi ayrılıq: Maşını bəzəyib boşanmağa getdi – VİDEO

Türkiyənin Malatya şəhərində arvadından boşanmaq üçün məhkəməyə gedən vətəndaş, avtomobilini gəlin maşını kimi bəzəyib.


Murat Akdoğan adlı şəxs 13 illik həyat yoldaşından ayrıldığı üçün çox xoşbəxtdir:


“Boşandığımız üçün çox xoşbəxtəm. İnsan bəzən ayrılanda da xoşbəxt ola bilir”.


Məhkəmə zalının qarşısına gəlin maşını kimi bəzədilmiş avtomobili ilə gələn Akdoğan, boanmadan əvvəl verdiyi açıqlamada bildirib ki,13 illik evliliyi dövründə pis günlər yaşayıb:


“Yaşadığım pis günlər geridə qalır. İnsanların yalnız evləndikləri zaman deyil, boşananda da xoşbəxt ola biləcəyini bildirmək üçün belə bir şey etdim. Evlənəcək bütün gənclərə tövsiyəm yaxşı düşünməkdir. Onlar bilmədən evlənməməlidirlər. Allah heç kimin evini dağıtmasın”.


Unikal.org

Həmçinin oxuyun

İran səfiri: “Türkiyə bu mövzuda bizə şikayət etməyib”

İrandan Türkiyəyə insan alveri və narkotik qaçaqmalçılığı ilə bağlı iddialar doğru deyil. Axar.az xəbər verir …