Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Tokay Məmmədov: “Ömər Eldarovu köməkçi götürdüm, mükafat alanda adını birinci yazdırdı”

Tokay Məmmədov: “Ömər Eldarovu köməkçi götürdüm, mükafat alanda adını birinci yazdırdı”

Görkəmli heykəltəraş Koroğlu heykəlini tənqid edənlərə cavab verib

Xalq rəssamı, heykəltəraş Tokay Məmmədovun APA-ya müsahibə verib.

Virtualaz.org toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni oxucularına təqdim edir:

Xəttin o başından yorğunxırıltılı səsieşidilirgəl evdə görüşəkbirbirimizdənxoşumuz gəlsə, söhbət edərik

Mobil telefonunun nömrəsini istəyirəm, çox çətinliklə, harasabaxıb yadına salır

Sonra huşundanbaşından şikayətlənirsonra evin yerini nişan verir:Niyazi yaşayan binada qalırammaestronun

evinin aşağısındakı mənim mənzilimdir.

Pilləkənlə yuxarı qalxanda narahatnigaran elə hey soruşur kisəni nə maraqlandırırnədəndanışmaq istəyirsən

Və əməllibaşlı imtahanmənim haqqımda nə bilirsən?

Mənzilə çatanda təngnəfəs olurNiyazidən söz salır

Deyir kirəhmətliyin bir böyrəyi yox idi,xahiş etmişdibinanın yan tərəfindən mənə lift çəkinetmədilər

Bunu elə-belə, sözgəlişideyir.

Rahatgeniş mənzilində diqqətimi ən çox çəkən kitabxanası olur

Bir də başının üstündən asdığı həyat yoldaşının şəkli.

Kitabxanasında Romen RollanınBalzakın,Fenimor KuperinTolstoyun, Çexovun bütün cildləri var.

Tokay Məmmədov Azərbaycan heykəltəraşlığının sonuncu mogikanlarından biridir

Hər haldamən Füzuliyə, Nəsimiyə, Üzeyir bəyə heykəl qoyan

bu sənətkarın mogikan olduğuna şəkketmirəm. Ömrünün doqquzuncu onilliyini yaşayan “heykəl sənətkar” 

bu dünyada olmayanda,bu şəhərin küçələrində görünməyəndə onun 

ömrünü indi dərs dediyi tələbələri, Füzuli, Üzeyir bəybir də böyük Nəsimi yaşayacaq.

Və yaşadacaq

Bir də doğma şəhərində, əziz Bakısında onun xatirəsinin də daşlaşacağına

heykəlləşəcəyinəelə Üzeyir bəyin abidəsi kimi inanıram

– Tokay müəllimiyulun 18-də doğum gününüzü qeyd edəcəksinizDoxsana bir şeyqalmayıb

– Dünən yadıma düşüb ki, ad günümə az qalıb. Tamam unutmuşdum. Mən axı tək yaşayıram…

– İllər necə keçib?

– İllərdən danışsam, gərək “Min bir gecə” olsun. (Gülür). Onu nə sən davam edə bilərsən, nə də mən. Çətin məsələdir. Elə şeyləri görə-görə gəlmişəm ki…

– Ananız Zivər xanım Azərbaycanın ilk qadın heykəltəraşı olubGəlinbir az ananızhaqqında danışaq

– Ana babam dövlətli adam idi. “Torqovı”dakı ən böyük bina babamın olub. Sonra hökumət alıb əlindən. Tək o evi yox, bütün var-dövlətini. Yazıqlar o dərəcədə yoxsullaşıblar ki, hətta çörəkdən korluq çəkiblər, aclıqla imtahan olunublar. Məsələ belə olub ki, Şamaxı zəlzələsindən sonra iki qardaş gəliblər Bakıya. Qardaşın biri ticarət işləri ilə məşğul olub, o biri, yəni mənim ana babam mədəniyyətə həvəs göstərib. Teatra, sərgilərə gedirmiş. Anamı da elə tərbiyə eləmişdi ki, mədəniyyəti çox sevirdi, rus-alman dillərini bilirdi. Bundan başqa, skripka məktəbinə getmişdi, gözəl skripka çalmağı var idi. Anam Üzeyir bəyin özünün dirijorluq etdiyi orkestrdə ilk skripka ifaçısı olub. Skripkanı ona Üzeyir bəy özü hədiyyə etmişdi. Həmin skripka indi Üzeyir bəyin ev muzeyində saxlanılır. Nərimanov Bakıda və Tiflisdə rəssamlıq məktəbi açanda anam rəssamlıq təhsili alıb. Nəriman Nərimanov Moskvaya rəhbər vəzifəyə aparılandan sonra anam Moskvada oxuyub. Gör, nə qəribə işdir: eyni zamanda Gürcüstanda və Azərbaycanda rəssamlıq məktəbi açılmışdı, amma gürcülər onun adını akademiya qoydular, bizimkilər texnikum. Belə şey olar? Nə qədər dala qalmışıq! Anam ərə gedib, biz doğulandan sonra başı qarışıb, işdən uzaqlaşıb. Bir tərəfdən də aclıq illəri idi, yaşamaq da çətinləşmişdi. 30-cu illərdən sonra heykəltəraşlıq sahəsində işləməyə başladı. Pyotr Sabsay vardı, SSRİ xalq rəssamı idi, o, Kirovun heykəlini düzəldəndə anam ona kömək edirdi. O vaxt on beş yaşım vardı, gedib baxırdım, öyrənirdim. Atam Moskvada texnika təhsili aldığına görə biz hamımız Moskvada qalırdıq. O illərdə anam həm də Kremldə tərcümə işləri ilə məşğul idi. Koliginin tapşırığı ilə Moskvanın düz mərkəzində bizə ev vermişdilər, orda yaşayırdıq. Evi iki yerə bölmüşdülər – bir tərəfində biz, o biri tərəfində Mayakovski yaşayırdı. Amma Mayakovski bizdən əvvəl ora köçmüşdü.

– Siz Mayakovskini xatırlayırsınız?

– Bacımın lap yaxşı yadında qalıb. Mən kiçik idim, dumanlı xatırlayıram. Moskvadan Bakıya köçəndə lap balaca, şəraitsiz mənzilə köçdük. Anam həmişə atama deyirdi ki, sən niyə əvvəldən maraqlanmırdın ki, gedib harada yaşayacağıq. Atam tramvay parkında çalışırdı, sonra Neft Akademiyasında işə düzəldi. 1918-ci ildə atamı möhkəm qorxutmuşdular, ona görə çox ehtiyatlı adam idi. Amma müəllim kimi əvəzini tapa bilməzsən. Elə yaxşı müəllim olduğuna görə, atama Lenin ordeni vermişdilər. Mənim uşaqlığım əvvəl Bakıda sonra Moskvada keçib. Bakıda rəssamlıq məktəbini oxumuşdum.

– Əzizim Əzimzadə adına məktəbdə…

– O vaxt Əzimzadə sağ idi, hələ adını o məktəbə verməmişdilər. Hə, sözüm onda yox. Leninqrada gedib oxuyandan sonra 51-ci ildə Bakıya qayıtdım. Hələ Leninqradda oxuyanda məni partiyaya qəbul etmişdilər. Rəssamların qurultayında cavanlar seçildilər, intəhası yaşamağa yerləri yox idi. Məni böyükləri seçmişdilər, onlar üçün bir iş görməli idim. O vaxt ev verilməsi çətin məsələ idi. Növbəyə dayansaydım, iki-üç ilə ev verərdilər, amma fikirləşdim ki, gənc rəssamlara kömək etmək lazımdır. Rəssamların evini mən tikdirmişəm. 25 mənzili camaata payladım. 50 iş yeri də öz yerində. Mənim tikdirdiyim binanın yanında binalar var, sonralar o mənzilləri təmir etdirdilər, amma mənim tikdirdiyim binaya əl vurmadılar. Çünki keyfiyyətli iş görmüşdüm. Özüm də orda yaşayırdım. Qara ilə dost idim…

– Qara Qarayevlə?

– Hə. Gəldi ki, Tokay, gəl evi dəyişdirək. Oğlum köçsün sənin evinə, sən köç bura. Oğlu özü də belə istəyirdi. Yoldaşım konservatoriyada işləyirdi, bura yaxın idi. Ona görə razılaşdım, işə-rahat gedib-gəlirdilər.

– Divardan asdığınız yoldaşınızın şəklidir yəqin ki…

– Yoldaşımdır. Dörd il əvvəl rəhmətə getdi. Üç-dörd gün qabaq ildönümü idi. Birinci dəfə  istiyə, bir də hündürlüyə görə gedə bilmədim, qorxdum. Tanışlığımız da qəribə olub. Mən Leninqradda oxuyurdum, Aida Moskva Konservatoriyasında. Aidanın bacısı Əzimzadə adına məktəbdə də, Leninqradda da mənimlə bir yerdə oxumuşdu. Demişdi, Moskvaya yolun düşəndə Aidanı tap, tanış ol. Getdim yataqxanaya, görüşdük, tanış olduq. Yadımdakı ki, həmin gün kasıbçılıqdan lobya qutabı yedik.

– Tokay müəllim, yaradıcılığınızdan danışaq. Məşədi Əzizbəyovun heykəlini işləmisiniz, 1976-cı ildə Bakıda ucaldılıb…

– Məşədi Əzizbəyovun heykəli hansıdır? Yadıma gəlmir…

– Sizə o heykələ görə SSRİ Dövlət Mükafatı verilib...

– Hə, hə, yadıma düşdü. Qocalıq belədir də, ay oğul. Amma o heykəl sonranın işidir. Bizim vaxtımızda heykəltəraşların bəziləri pul üçün işləyirdilər, amma məni maraqlandıran əsas sənət idi. Birinci portretim taxtadan olub. Nizami Gəncəvinin portretini işləmişdim.

– Bilirəm ki, Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə siz istifadə etmisiniz…

– Elədir! Məndən qabaq ağacdan portreti heç kim işləməmişdi. Həmin əsər indi Nizami Muzeyində saxlanılır. Rafael Hüseynova dedim ki, ay Rafael, üstündən əlli il keçib, onun fotosu da məndə qalmayıb. Dedi, hə, hə, edərik, sonra yaddan çıxardı. (Gülür). Sonra evdə baxdım ki, şəkli varımdır. İlk işlərimdən biri dəFüzulinin heykəli olub. Onda cavan idik, işləmək üçün pul lazım idi. Ömər Eldarov da mənimlə Leninqradda oxumuşdu. Füzulinin heykəli üçün elan olunan müsabiqədə layihəmiz birinci yerə çıxdı. Ömərə dedim, gəl mənimlə işlə, kömək elə. Şəhərləri gəzdik, axtarış apardıq, daşları tapdıq. Mənim dostum Ömər yaxşı adam çıxmadı. Ev tikdirirdim, başım qarışıq idi. Moskvadan dedilər, heykələ görə mükafat verilib, gəlin aparın. Ömərə dedim, get, onu gətir. Gətirəndə gördüm ki, öz familiyasını birinci yazdırıb. Dedim, sən haradan birinci familiya oldun? Əgər əlifba siyahısı ilə götürülsə, yenə sənin adın birinci gəlmir. Səni gətirdim ki, kömək elə, gör gedib nə iş tutubsan. Nə isə, çox dərinə getmədim. Bizim rəssamlarda, artistlərdə paxıllıq olur. Amma beləsi olmamışdı.

– Bir dəfə oxumuşdum ki, heykəlin yerinə qara daş qoyulub, üzərinə də yazılıb ki, bura Məhəmməd Füzulinin heykəli qoyulacaq. Abidənin ucaldılmasını səbirsizliklə gözləyənlər hətta həmin daşın qabağına gül-çiçək qoyurmuşlar…

 

– O qara daş həqiqətən ora qoyulmuşdu. Amma gül-çiçək məsələsini deyə bilmərəm. İnsanlar Füzuli sevgisinə görə daşın üstünə gül dəstələri qoya bilərdilər. Kukla Teatrı ilə üzbəüz park var, ora Koroğlunun heykəlini qoymaq istəyirdilər. O vaxt da daş qoymuşdular ki, bura Koroğlunun heykəli qoyulacaq. Sonra o məsələ alınmadı. Elə dedilər, bura yaxşı deyil, ayrı yer tapmaq lazımdır. Belə-belə, o məsələ həll olunmadı. Füzulinin heykəlinə görə bizə Lenin mükafatı vermək istəyirdilər. O mükafat üçün üç mərhələdən keçmək lazım idi, heykəl keyfiyyətinə görə hər üç mərhələdən keçmişdi. Amma alınmadı. Nə isə, o məsələni də çox ciddiyə almadım. Sonra Konservatoriyanın qabağındakı Üzeyir bəyin heykəlini hazırladım. Bir az keçdi, bizim evin yanındakı heykəli hazırladım.

– Nəsiminin heykəli…

– Hə, Nəsiminin. Məşədi Əzizbəyovun heykəlini hazırlamaq ərəfəsində Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin olunmuşdu. Əzizbəyovun 100 illiyi münasibəti ilə Heydər Əliyev məni çağırdı ki, Tokay, vaxtımız az qalıb, Məşədi Əzizbəyov üçün heykəl hazırlamalıyıq. Vaxt həqiqətən az idi, dedim, Heydər müəllim, iş çox böyükdür, çətin olacaq. Dedi, sənə inanıram, sən bacararsan ona görə ki, Leninqradda yaşayıbsan, oranı yaxşı tanıyırsan. Birinci iki metrlik variantı işlədim, göndərdim Leninqrada. Ustalar zəng etdilər ki, heykəl qırıq-qırıq gəlib çatıb. Əllər, barmaqlar, gözlər… hamısı qırıb-qırıb olub dağılmışdı. Ustaya dedim, nəyi bacarsan mən gələnə qədər elə, nə alınmasa, özüm gəlib hazırlayacağam.

– Heydər Əliyevə heç nə demədiniz?

– İstəmədim deyəm. Qanqaralıq olmağını istəmirdim. Həm də bizə iş tapşırmışdı, gərək vaxtında təhvil verəydik. Bir tərəfdən də bilmirdim axı dəqiq kim edib, niyə edib. Həmin heykələ görə tək mənə dövlət mükafatı verdilər. Yaddaşım məni aldatmırsa, eyni gündə bir yaxşı gürcü filmi var, adı görüm, nə idi…

– “Əsgər atası”?

– Yox, “Əsgər atası” deyildi. Yaxşı, gülməli kino idi. Bir “lyotçik”…

– “Mimino”nu deyirsiniz…

– Hə, eyni gündə həmin kinonun yaradıcı heyətinə də mükafat verdilər. Demişdilər, Moskvaya gələndə yoldaşınızla gəlin. Aidanı götürüb getdim. Yaxşı tədbir oldu. Sonra iş gəldi çıxdı XI Qızıl Ordu abidəsinin məsələsinin üstünə. Heydər Əliyev yenə mənə çağırdı ki, Brejnev Bakıya gəlməlidir, istəyirəm, bu abidəni də sən hazırlayasan. Leninqradda işlədim, abidənin hündürlüyü 27 metr idi. Hazır olanda Heydər Əliyev dedi ki, Tokay, əhsən sənə, əladır.

– Sonuncu işiniz Koroğlu olub?

– Beş il bundan əvvəl prezident İlham Əliyevə dörd variantda Koroğlu heykəlini göstərdim ki, hansını istəyirsiniz, hazırlayım. Baxdı, əlini indiki heykəlin kiçik variantının üstünə qoydu ki, bu yaxşıdır. Açılışında özü çıxış etdi, dedi, bizim istedadlı heykəltəraşımız Tokay Məmmədov gözəl və əzəmətli əsər yaradıb, bu gözəl hadisə münasibəti ilə sizin hamınızı ürəkdən təbrik edirəm.

– Koroğlunun heykəli tənqid olunurdu. Mətbuatda yazılanları oxuyurdunuz?

– Oxumurdum, amma mənə deyirdilər. Nə istəyirlər, yazsınlar.

– Yazırdılar ki, Koroğlu ilə atın ölçüsü düz gəlmir…

 Bilsəm ki, bu sözləri professional adam deyir, mübahisəyə girişərəm. Hər kəsin öz fikri var. Şəhərdə beş heykəl varsa, onlar da mənim işlərimdir. Baxır, Koroğlunun heykəlinə sən hansı bucaqdan, hansı tərəfdən baxırsan. Heykəlin düz altından baxanda, əlbəttə, atın ayaqları böyük görünəcək. Yaxud, onun qılıncı və s. Kiyevdə bir peşəkar mühəndislə görüşmüşdüm, deyirdi, dünyada nə qədər atlı heykəl varsa, hamısını araşdırmışam, ən yaxşısı sənin işindir. O adam danışırdı ki, elə bir heykəl yoxdur, atın dörd ayağı havada olsun. Heykəli baxır haradan, hansı bucaqdan görürsən. Bir də heykələ baxanda bilməlisən ki, onun açarı atdır, yoxsa qəhrəman özü. Bu, vacib məsələdir. Uzaqdan baxanda görünür ki, hər şey yerli-yerindədir.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …

Bir cavab yazın