Çərşənbə axşamı , Mart 21 2023
Ana səhifə / Dünya / “Times”: Abramoviç Putinə Zelenskinin sülh məktubunu çatdırıb

“Times”: Abramoviç Putinə Zelenskinin sülh məktubunu çatdırıb

Moskva və Kiyev arasında danışıqların təşkilində iştirak edən iş adamı Roman Abramoviç Rusiya prezidenti Vladimir Putinə ukraynalı həmkarı Volodimir Zelenskinin məktubunu təqdim edib.

Bu barədə “The Times” məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna prezidenti ilə görüşdən sonra Abramoviç Rusiya liderini görmək üçün Moskvaya uçub və ona Zelenskinin Ukraynanın sülh sazişinin şərtləri ilə bağlı mövqeyini əks etdirən məktubu verib. Daha sonra nəşrin məlumatına görə, iş adamı İstanbula qayıdıb və orada Rusiya-Ukrayna arasında aparılan danışıqlarda iştirak edən Ali Radanın deputatı Rustem Umerovla əlaqə saxlayıb.

Daha əvvəl “Financial Times” mənbələrə istinadən yazıb ki, Putin Abramoviçin danışıqların təşkilində iştirakını şəxsən bəyənib. İş adamının Almaniyanın keçmiş federal kansleri Gerhard Şröder də daxil olmaqla bir sıra potensial vasitəçilərlə görüşlər keçirdiyi iddia edilirdi. O, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə də danışıb. AzVision.az

Həmçinin oxuyun

Ermənistanda hamı oğurlayır-Erməni mətbuatı

Ermənistanda büdcə oğurluğu, korrupsiya bütün hökumətlərin dövründə geniş vüsət alıb.  Nikol Paşinyan hakimiyyətə pafoslu şüarlarla …