Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Dünya / Tiflisdə müxalifət tərəfdarları Gürcüstan parlamentinin ətrafına toplaşır

Tiflisdə müxalifət tərəfdarları Gürcüstan parlamentinin ətrafına toplaşır

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarları Tbilisidə parlamentin binası ətrafına toplaşır.

“Report” xəbər verir ki, onlar parlamentin VMHP-dən olan deputatı Nika Melianın toxunulmazlığının aradan qaldırılması ilə bağlı qərarını gözləyirlər.

Parlament yaxınlığına çox sayda polis cəlb olunub.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu N.Melianın həbsinə razılığın verilməsi ilə bağlı parlamentə müraciət edib. Deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyada kütləvi zorakılığın təşkili, ona rəhbərlik etmək və iştirakda günahlandırılır.

Bu saatlarda Gürcüstan parlamentində N.Melianın mandatının dayandırılması məsələsinə baxılır. İclas səs-küy fonunda keçir. 

Həmçinin oxuyun

Pasportun ilginc tarixi haqda maraqlı faktlar

Pasportun yaranma tarixi barədə çoxları məlumatsızdır. Beləliklə məlumata görə pasport haqqında ilkin məlumat Nehemyanın kitabında …