Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Dünya / Tibbi sığortası olmayanlar ABŞ-a buraxılmayacaq

Tibbi sığortası olmayanlar ABŞ-a buraxılmayacaq

ABŞ Prezidenti Donald Tramp tibbi sığortası olmayan və ya tibbi xərclərini qarşılaya bilməyən immiqrantların ABŞ-a girişini məhdudlaşdıran fərman imzalayıb.

Ağ Evin saytında dərc edilən sənədə görə, ölkəyə girdikdən sonra immiqrantın 30 gün müddətində sağlamlıq sığortası olmalıdır. Və ya xarici vətəndaşın mümkün tibbi xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmalıdır.

Əgər bu şərtlərdən nə birincisi, nə də ikincisi yerinə yetirilməsə, onda onun ABŞ-a girişi dayandırılacaq və məhdudlaşdırılacaq.

Qeyd olunub ki, bu qayda sərəncam qüvvəyə minməzdən əvvəl immiqrasiya vizası almış əcnəbilərə, habelə “xüsusi immiqrasiya vizası” alanlara, ABŞ vətəndaşlarının uşaqlarına, IR-5 viza sahiblərinə şamil edilmir. SB-1, həmçinin IR-2, IR-3, IR-4, IH-3 və ya IH-4 vizaları da bura daxildir.

Xüsusilə, fərman ABŞ-ın daimi sakinlərinə, sığınacaq almaq üçün müraciət edənlərə də təsir etməyəcək. Bu sərəncam noyabrın 3-də qüvvəyə minəcək. Azvision.az

Həmçinin oxuyun

“Elə bilirdik ki, ordumuz güclüdür, amma…” – Erməni biznesmenin etirafları

Erməni cəmiyyəti ayılmağa başlayıb, xalq artıq ölkə rəhbərliyinin nağıllarına inanmır.Bunu “Əl-Cəzirə” telekanalına müsahibə verən Ermənistan …