Ana səhifə / Dünya / Terror təşkilatının qadın liderinin zərərsizləşdirildiyi əməliyyatın görüntüləri – VİDEO

Terror təşkilatının qadın liderinin zərərsizləşdirildiyi əməliyyatın görüntüləri – VİDEO

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) terror təşkilatı PKK/KCK-nın “gənclər cəmiyyətinin qadın lideri” adlandırılan Rojda Bilenin İraqın şimalında Süleymaniyyədə zərərsizləşdirildiyi anların görüntülərini paylaşıb.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən görüntülərə görə, “Bişenq Brüsk” kod adlı terrorçu Bilenin içində olduğu ağ rəngli pikap Süleymaniyyə çölündə təqib edilir.

Avtomobil silahlı pilotsuz uçuş aparatı hücumu ilə vurulur və terrorçu Bilen zərərsizləşdirilir.

Videonu təqdim edirik:

Həmçinin oxuyun

ABŞ hərbçiləri 70-dən çox İran PUA-sını zərərsizləşdirib 

ABŞ ordusu İranın İsrail istiqamətində atdığı 70-dən çox PUA və ən azı 3 ballistik raketini …