Bazar , Yanvar 29 2023
Ana səhifə / Dünya / Ter-Petrosyanın Qarabağda qanunsuz işləmiş qardaşı ÖLDÜ – FOTO

Ter-Petrosyanın Qarabağda qanunsuz işləmiş qardaşı ÖLDÜ – FOTO

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın qardaşı, həkim Kamo Ter-Petrosyan uzun sürən ağır xəstəlikdən sonra 76 yaşında vəfat edib.

Musavat.com bu barədə erməni mediasına istinadən məlumat verir.

Bildirilir ki, Kamo Ter-Petrosyan İrəvan Tibb İnstitutunu bitirdikdən sonra məşhur erməni kardioloqları Rafael Stamboltsyan və Zaven Dolabjyanın tələbəsi olub, uzun illər Kardiologiya və Ürək Cərrahiyyə İnstitutunun reanimasiya şöbəsində işləyib. Daha sonra o, “Karagezyan Xeyriyyə Fondu”nun proqramı ilə Ermənistanda, həmçinin qeyri-qanuni olaraq Qarabağda (!!!) yaradılmış uşaq səhiyyə şəbəkəsini təşkil və idarə edib.

Kamo Ter-Petrosyan peşəkar fəaliyyətindən əlavə, ictimaiyyət arasında “Musaler” həmyerlilər birliyinin sədri, həmçinin Ermənistan radiosunun ədəbi verilişləri şöbəsində və ictimai ədəbi kanallarda Qərbi erməni şairlərinin əsərlərinin qiraəti kimi tanınıb. Yanvarın 4-də saat 18:00-da Müqəddəs Sargis kilsəsində (5-ci Nork massivi) Kamo Ter-Petrosyanın anım mərasimi keçiriləcək. Dəfn mərasimi isə yanvarın 5-də olacaq.

WhatsApp Image 2023-01-02 at 21.41.52.jpeg (38 KB)

Həmçinin oxuyun

Ərdoğan sosial medianın ən məşhur liderlərindən biri olub

İtaliyada rəqəmsal məlumatları təhlil edən bir fondun araşdırmasına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial …