Ana səhifə / Dünya / “Ter-Petrosyanın Paşinyanla bağlı təklifi mənasızdır” – Erməni nazir

“Ter-Petrosyanın Paşinyanla bağlı təklifi mənasızdır” – Erməni nazir

Ermənistanın eks-prezident Levon Ter-Petrosyanın baş nazir Nikol Paşinyanla bağlı təklifi ciddi müzakirələrə səbəb olub.

Erməni jurnalistlər ədliyyə naziri Rüstəm Badasyandan eks-prezidentin təklifinin reallaşdırılmasının nə dərəcədə real olduğunu soruşublar. 

Nazir Levon Ter-Petrosyanın Paşinyanın xaricə getməsinə qanuni şərait yaradılması ilə bağlı təklifinə “hər kəs siyasi reytinqini düşünür”, – deyə cavab verib.

“Düşünürəm ki, hər kəs öz siyasi reytinqini rəhbər tutmalıdır. Bu cür açıqlamalar və ya bu kimi mənasız təkliflər siyasi reytinqin yüksəlməsinə kömək etməyəcək”,- Badasyan bildirib.

Xatırladaq ki, Levon Ter-Petrosyan Ermənistanda daxili siyasi böhrandan yeganə çıxış yolunu baş nazir Nikol Paşinyanın dərhal istefa verməsində görür. 

Ter-Petrosyan hesab edir ki, Paşinyanın xaricdə müvəqqəti sığınacaq tapması üçün onun toxunulmazlığına təminat verilməlidir. Sabiq prezidentin fikrincə, bu halda Baş nazirin səlahiyyətləri bitərəf Baş nazirin müavininə verilməlidir ki, o da ədalətli seçkilərin keçirilməsini öz bitərəfliyinə görə təmin edə bilər.

Həmçinin oxuyun

800 minə yaxın əfqan uşağın sığınacaqlara ehtiyacı var

800 minə yaxın əfqan uşağın xəstəliyə və ya ölümə səbəb ola biləcək şaxtalarla üzləşdiyi üçün …