Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Tehrandan Ankaraya ultimatum — Əməliyyat dərhal dayandırılsın

Tehrandan Ankaraya ultimatum — Əməliyyat dərhal dayandırılsın

İran Türkiyənin Suriyanın Afrin vilayətinə müdaxiləsini tezliklə dayandırmağa çağıraraq, rəsmi Ankaranın “terrorçu” qruplaşmalara yardım etdiyini bildirib.

Azinforum.az  xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“İran ümid edir ki, Türkiyə və Suriyanın sərhədyanı regionlarında böhranın dərinləşməsinin qarşısını almaq üçün bu əməliyyat dərhal başa çatacaq. Afrindəki mövcud vəziyyət Suriyanın şimalında terrorçu qruplaşmaların uğurlarına yardımçı ola bilər”, – deyə, İran XİN-nin nümayəndəsi Bəhram Qasimi bildirib.

Qeyd edək ki, bundan əvvəl türk hərbçilərinin hava hücumları nəticəsində Afrində kürdlərə məxsus 45 silahlı birləşməni məhv etdikləri bildirilirdi.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …