Ana səhifə / Dünya / Tehranda həbs olunan rusiyalı jurnalist tezliklə azad ediləcək

Tehranda həbs olunan rusiyalı jurnalist tezliklə azad ediləcək

Tehranda həbs olunan rusiyalı jurnalist Yuliya Yuzik yaxın vaxtlarda azad ediləcək.

Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi deyib.

O bildirib ki, jurnalist Y.Yuzik “bəzi məsələlərin aydınlaşdırılması” üçün saxlanılıb.

Xatırladaq ki, sentyabrın 29-da Tehrana gələn rusiyalı jurnalist Y.Yuzikin pasportu Tehranın beynəlxalq hava limanında xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən əlindən alınıb. Ona bildiriblər ki, ölkəni tərk edəndə pasportu qaytarılacaq. Lakin oktyabrın 3-də Y.Yuzik Tehranın otellərinin birində həbs edilib. Rusiyanın İrandakı səfirliyi bildirib ki, Y.Yuzik pasportunun əlindən alınması haqqında səfirliyi məlumat versəydi həbsin qarşısını almaq olardı.

Qeyd edək ki, məsələ ilə əlaqədar İranın Rusiyadakı səfiri Mehdi Sənayi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat tələb olunub.

Yeri gəlmişkən, jurnalisti İran İslam İnqilabının Küşikçiləri Korpusunun əməkdaşları həbs ediblər. Jurnalist İran əleyhinə casusluqda şübhəli bilinir.

Onu da qeyd edək ki, Yuzik “Komsomolskaya Pravda” qəzetinin redaksiyasında və “Rus Newsweek” jurnalında işləyib. 2003-cü ildən bəri ədəbi iş və jurnalist araşdırmaları ilə məşğuldur. 2003-cü ilin noyabr ayında onun Rusiyada özünü partladan terrorçu qadınların taleyindən bəhs edən “Allahın gəlinləri” adlı kitabı nəşr olunub. Kitab doqquz xarici ölkədə çap edilib. Sonra o, “Beslan lüğəti” kitabını yazıb. Virtualaz.org

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …